Xorvatiya prezidenti qələbəni futbolçularla qeyd edib – FOTO
Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç DÇ-2018-in ¼ final mərhələsində Rusiya üzərində qələbəni milli komandanın futbolçuları ilə bərabər qeyd edib.
Oxu.Az-ın xəbərinə görə, Qrabar-Kitaroviç oyundan sonra soyunub-geyinmə otağına gələrək futbolçuları təbrik edib və onlarla birgə şəkil çəkdirib.
Fotonu yığmanın futbolçusu Marko Pyatsa öz “Twitter” mikrobloqunda paylaşıb.
Xorvatiya prezidenti ¼ final matçını Rusiyanın baş naziri Dmitri Medvedev və FİFA prezidenti Djanni İnfantino ilə birdə stadiondan seyr edib.
Mənbə:> Oxu.Az