Cammu və Kəşmirdə separatçılarla ordu arasında toqquşma olub
Hindistanın Cammu və Kəşmir ştatında separatçılarla ordu arasında toqquşma baş verib.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, nəticədə üç nəfər həlak olub.
Hindistan hakimiyyəti hökumət əleyhinə etiraz aksiyalarının qarşısını almaq üçün Kulqam və Anantnaq rayonlarında mobil internet xidmətlərini müvəqqəti olaraq dayandırıb.
Сammu və Kəşmir hələ Britaniya Hindistanının 1947-ci ildə bölünməsi dövründən başlayaraq Pakistanla Hindistan arasında mübahisəli ərazi hesab edilir. Hazırda tərəflər ştatın bir hissəsinə nəzarəti həyata keçirirlıər və dəqiq sərhədlər müəyyənləşməyib.
Mənbə:> Oxu.Az