İran nüvə sazişindən çıxmayacaq
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Çinin XİN başçısı Van İ ilə Vyanada keçirilən görüşdə bəyan edib ki, ABŞ nüvə sazişini tərk etdikdən sonra rəsmi Tehran məsuliyyət nümayiş etdirmək və nüvə sazişindən çıxmamaq qərarına gəlib.
Bu barədə Oxu.Az “RİA Novosti”yə iostinadla xəbər verir.
Xatırladaq ki, ötən gün Vyanada İranın nüvə sazişinin iştirakçısı olan ölkələrin xarici işlər nazirlərinin iclası keçirilib.
Mənbə:> Oxu.Az