Ermənistanda növbəti biabırçılıq — İstintaq idarəsinin rəisini soydular
Ermənistanın istintaq idarəsinin rəisi Aqvan Ovsepyanın Araqatsotndakı bağını qarət ediblər.
“Ölkə.Az” xəbər verir ki, Aştarak polis idarəsinə naməlum cinayətkarların Byurakan kəndində evi talan etdikləri barədə siqnal daxil olub.
Oğrular əntiq qılınc, nizə, qiymətli siqar və digər əşyaları aparıblar. Onlar pəncərələrdən birinin çərçivəsini sındıraraq evə daxil olublar.
Qeyd edək ki, Ovsepyanın evi oğlu Narekin adınadır.
Mənbə:> Ölkə.Az