Məhərrəm İncə prezident seçilsə, onları həbs edəcək
Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) prezidentliyə namizəd Məhərrəm İncənin Ankara mitinqində çıxışı zamanı səsləndirdiyi ilginc fikir hər kəsin təəccübünə səbəb olub.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, anlaşılmaz açıqlamaları ilə diqqət çəkən müxalif namizəd bu dəfə də adətindən geri qalmayıb.
O, prezident seçiləcəyi təqdirdə TRT, Anadolu Agentliyi və Ali Seçki qurumunun rəhbərlərini həbsə göndərəcəyini bildirib.
Mənbə:> Virtualaz.org