Amerikada iki yeni ştat yaradıla bilər » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Amerikada iki yeni ştat yaradıla bilər

Amerikada iki yeni ştat yaradıla bilər


2018-ci ilin noyabr ayında Kaliforniya ştatının üç hissəyə - Kaliforniya, Şimali Kaliforniya və Cənubi Kaliforniyaya bölünməsi ilə bağlı referendum keçiriləcək.

Oxu.Az xəbər verir ki, bu haqda “LA Times” məlumat yayıb.

Silikon vadisinin milyonçularından olan Tim Dreyper referendumun elan olunması üçün tələb olunan 400 min imzanı toplaya bilib.

Dreyperin sözlərinə görə, Kaliforniya ərazisində iki əlavə ştat yaradılsa, bölgədə infrastruktur daha da yaxşlılaşdırılacaq, təhsil sistemi inkişaf edəcək və vergilər azaldılacaq.

Ümumştat səsverməsində Kaliforniya sakinləri yeni ştatların yaradılmasını dəstəkləsə, bu Amerikada 1863-cü ildən bəri ilk parçalanma olacaq (1863-cü ildə Qərbi Virciniya yaradılıb).

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *