Xüsusi təyinatlılar azərbaycanlı milyarderin obyektində əməliyyat keçirdilər » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Video

Xüsusi təyinatlılar azərbaycanlı milyarderin obyektində əməliyyat keçirdilər – VİDEO

Xüsusi təyinatlılar azərbaycanlı milyarderin obyektində əməliyyat keçirdilər

Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin əməkdaşları cümə axşamı günorta saatlarında Kalujsk şosesində azərbaycanlı oliqarx Qod Nisanova və onun ortaqlarına (Zarah İliyev və İlham Rəhimov) məxsus ən iri topdansatış ərzaq mərkəzi “Food City”-də xüsusi əməliyyatı keçiriblər.

Əməliyyat zamanı təkcə qeyri-leqal miqrantlar saxlanılmayıb. Saxlanılanların arasında cinayətkar qruplaşma üzvləri olduğu da aşkarlanıb.

Bu barədə “Food City” aqroklasterində işləyən azərbaycanlılar məlumat veriblər. Məlumata görə, polis əməkdaşları görünüşcə qafqazlıya bənzəyən, qeyri-slavyan görünüşlü kişiləri yerə uzadıblar. Bundan sonra aralarında ən çox azərbaycanlılar üstünlük təşkil edən miqrantları, 20 avtobusa əyləşdirərək polis şöbəsinə aparıblar.



"Qeyri-leqal miqrantlarla bağlı “Food City” də reydlər əvvəllər də keçirilib. Xüsusi xidmət orqanlarının əməkdaşlarının hamısı maskalarda idilər, rus millətindən olmayanların hamısını tuturdular, heç pasportlarına belə baxmırdılar. Əməliyyat saat səkkizdən başlamışdı. Axşama kimi nə qədər adamın ölkədən deportasiya olunacağı məlum olacaq” – mənbədən bildirilib.

“Food City”-də çalışan miqrantların böyük əksəriyyəti qafqazlılar və asiyalılardır. Elə bu səbəbdən də qeyri-leqal miqrantların üzə çıxarılması üçün adıçəkilən məkan seçilib.

Xatırladaq ki, Rusiya və Azərbaycan mətbuatı kriminal avtoritetlərin “Food City” topdan satış ticarət mərkəzinə nəzarəti ələ keçirmək uğrunda mübarizə aparmaları barədə dəfələrlə yazıb.

Əvvəllər aqroklastera "qanuni oğru" Rövşən Lənkəranskinin yaxın qohumu Zaur Əhmədov “krışalıq” edib.

Lakin Z.Əhmədov həbs olunacağı ilə xəbərlər yayılandan sonra qaçaraq aradan çıxıb. Çünki Z.Əhmədovun adı Rövşən Lənkəranskinin "muzdlu qatili" olan "qanuni oğru" Hacıbaba Talıbxanlı ilə bağlı (Hacı Beyləqanski) başlanmış cinayət işində hallandırılır.

Xatırladaq ki, H.Beyləqanski mayın 30-da Moskvada həbs olunub. O, bir sıra qətlləri törətməkdə təqsirli bilinir.

Mənbə: Sputnik
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *