Azərbaycan vətəndaşları Serbiyaya vizasız səfər edə biləcəklər
Azərbaycan vətəndaşları artıq Serbiyaya vizasız səfər edə biləcəklər.
Bu barədə Serbiya Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Belə ki, Serbiya hökumətinin iclasında Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv etmək barədə qərar qəbul edilib.
Məlumata görə, Azərbaycan vətəndaşları artıq bu fürsətdən gələn aydan yararlana biləcəklər. Belə ki, Azərbaycan vətəndaşları iyunun 2-dən Serbiyaya vizasız səfər edə biləcəklər. Onlar burada 90 gün ərzində vizasız qala bilərlər.
Mənbə:> Virtualaz.org