Erməni general Qazaxıstanda pərt oldu » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Erməni general Qazaxıstanda pərt oldu

Erməni general Qazaxıstanda pərt oldu

Ermənistanın sabiq Baş Qərargah rəisi, general-leytenant Movses Akopyan aprel ayında Qazaxıstana səfəri zamanı pis vəziyyətə düşüb.

“AzeriDefence”nin Qazaxıstan hərbi sənaye kompleksindəki mənbələrdən əldə etdiyi eksklüziv məlumata görə, hadisə Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatına (KTMT) üzv ölkələrin Baş Qərargah rəislərinin Astanada keçirilən toplantısı zamanı yaşanıb.

Toplantıdan sonra KTMT Baş Qərargah rəislərinin Qazaxıstanın hərbi sənaye kompleksinə daxil olan müəssisələrə tur təşkil olunub. Hadisə də məhz bu turlardan birində yaşanıb. Belə ki, M. Akopyan zavodlardan birində nümayiş etdirilən məhsulların bəzilərinin texniki-taktiki xarakteriskaları barədə informasiya toplamaq istəyib. Həmin zavodda çalışan Qazaxıstan vətəndaşının Ermənistanın Baş Qərargah rəisinə verdiyi cavab onu pərt hala salıb. Akopyanın istədiyi məhsullar barədə ona heç bir məlumat verməyən zavod nümayəndələrindən biri “bundan azərbaycanlılar daha çox işlədir. Onlardan soruşun”, deyə atmaca atıb.

Bundan sonra M.Akopyan zavodun əməkdaşlarının “qaba davranışına” görə Qazaxıstanın Baş Qərargah rəisinə şikayət edib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *