Eldar Namazov: "İki tərəf var – biz və ermənilər. Üçüncü tərəf kimi çıxış edirsənsə..." » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Eldar Namazov: "İki tərəf var – biz və ermənilər. Üçüncü tərəf kimi çıxış edirsənsə..."

Eldar Namazov: "İki tərəf var – biz və ermənilər. Üçüncü tərəf kimi çıxış edirsənsə..."


Siyasi iddialarından əl götürən kinodramaturq Rüstəm İbrahimbəyov bu dəfə “Qafqaz triosu” filmi ilə yenidən gündəmə gəlib.

Yenicag.az xəbər verir ki, azərbaycanlıların təhqir olunduğu “Qafqaz triosu” filminə yazdığı ssenari İbrahimbəyovu növbəti dəfə ictimai qınağa tuş gətirib.

Bununla belə, maraqlıdır ki, vaxtilə və indi Milli Şurada İbrahimbəyovla çiyin-çiyinə dayanan, onun siyasi iddialarının cücərməsinə dəstək verən sabiq və indiki silahdaşları “Qafqaz triosu” haqqında nə düşünürlər?

Bu barədə Yenicag.az-a danışan İbrahimbəyovun keçmiş “sağ əli” Eldar Namazov qalmaqallı filmə baxmadığı üçün konkret fikir bildirməyə çətinlik çəkdiyini deyib. Lakin Namazov əlavə edib ki, istər tolerantlıq, istərsə də düşmənçilik məsələlərində ifrata getmək olmaz:“Bu barədə dünən axşam xəbər tutdum. Dostlar dedilər ki, sosial şəbəkələrdə belə müzakirələr gedir. Mən də bəzi rəylərlə tanış oldum. Ancaq özüm o filmə baxmamışam və bu, mənim üçün müəyyən məhdudiyyət yaradır. Fikirmcə, filmə baxdıqdan sonra danışmaq daha doğru olardı. Ayaz Salayevə böyük hörmətim var, dəyərli ziyalımızdır. Ancaq yenə deyirəm, hansısa əsərlə bağlı fikir formalaşdırmazdan əvvəl o əsərlə tanış olmaq lazımdır.

Ancaq onu deyə bilərəm ki, bizim cəmiyyətimizdə Qarabağ məsələsində müəyyən stereotiplər formalaşıb və bu, narahatlıq doğurur. Məsələn, “Harda gördün erməni, vur başına gülləni” və sair yanaşmaları göstərə bilərik. Yəni daşnaklar da bütün dünyaya bəyan edirlər ki, bu iki xalq birlikdə yaşaya bilməz, ona görə də Qarabağ Azərbaycanın tərkibinə qayıtmalıdır. Biz isə deyirik ki, milliyyətindən asılı olmayaraq, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və qanunlarını tanıyan hər kəz ərazilərimizdə yaşaya bilər.

Digər ifrat yanaşma bundan ibarətdir ki, bəzən Azərbaycandan olan hansısa şəxslər kimlərəsə – müəyyən xarici dairələrə, hətta ermənilərə belə xoş gəlmək üçün Qarabağ məsələsini ermənilərin gözü ilə yozmağa çalışırlar, az qala bu münaqişədə xalqımızı günahkar çıxarmağa cəhd edirlər.

Mən özüm də müəyyən tədbirlərdə belə hallarla rastlaşmışam. Görmüşəm ki, bizimkilərdən kimlərsə özünü bitərəf kimi aparır. Onlara demişəm ki, ay qardaş, bu məsələdə iki tərəf var – biz və ermənilər. Sən üçüncü tərəf kimi çıxış edirsənsə, deməli, Azərbaycanı təmsil etmirsən. Yəni bu yanaşmanı da çox yanlış hesab edirəm.
Ancaq mən çalışacam tezliklə həmin filmə baxım və fikrimi bildirim”.

Milli Şuranın üzvü, kinossenarist Eldəniz Quliyev Yenicag.az-ın sözügedən filmlə bağlı sualına cavabında “Qafqaz triosu”na baxmadığını deyərək, İbrahimbəyovun Azərbaycana qarşı xəyanət mövqeyində dura biləcəyinəinanmadığını bildirib.

Mənbə: Yeniçağ.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *