Tomas de Vaal Paşinyanın populist bəyanatları və Bakının reaksiyası haqda » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Tomas de Vaal Paşinyanın populist bəyanatları və Bakının reaksiyası haqda

Tomas de Vaal Paşinyanın populist bəyanatları və Bakının reaksiyası haqda

Ermənistanın yeni baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsinə dair sərt mövqe nümayiş etdirib. Qarabağ münaqişəsinin nizamlanmasının müəyyən qədər silkələnməyə ehtiyacı var, amma belə də güclü yox.

Bu barədə britaniyalı ekspert Tomas de Vaal özünün “Carnegie Europe” mərkəzinin saytında dərc edilmiş məqaləsində bildirir. Ekspert Paşinyanın Qarabağa dair ilk bəyanatlarının “çalxalanma” yaratdığını qeyd edir və yazır: “O, diplomatdan daha çox kütlədən çıxmış adam kimi danışır, Dağlıq Qarabağın Ermənistanın “ayrılmaz hisssəsi olduğunu” deyir”.

Analitik hesab edir ki, yeni baş nazirin sərt mövqeyi Ermənistandakı daxili siyasi vəziyyətlə bağlıdır. Paşinyan hakimiyyətə Qarabağda döyüşən və Ermənistana 20 il rəhbərlik edən Köçəryanla Sərkisyanın ardınca gəlib. Aydındır ki, o milli təhlükəsizliyin təminatına dair öz mandatını bərkitməyə və Qarabağ ermənilərini onların yanında olduğuna inandırmağa çalışır.

Tomas de Vaal Paşinyanın populist bəyanatları və Bakının reaksiyası haqda


Lakin Tomas de Vaalın fikrincə təhlükə bundan ibarətdir ki, erməni lideri Qarabağın suverenliyi haqda açıq danışır və torpaqların qaytarılmayacağını deyir. Belə olan halda isə Bakı üçün danışıqlar aparmağa məsələ qalmır, hər iki tərəf müharibəyə qayıdır.

Müəllif qeyd edir ki, son 15 ildə danışıqlar aşağıdakı rejimdə aparılırdı: tərəflərdən hər biri ATƏT vasitəçilərinin işləməsi üçün şərait yaradıb, amma ciddi iş görülməyi. Çünki real irəliləyiş əldə edilməyib. Nəticədə münaqişə Birləşmiş Ştatların gündəmindən çıxıb, hərçənd xoşbəxtlikdən Tramp administrasiyası vasitəçilik rolundan imtina cəhdlərinə müqavimət göstərib və Endryu Şoferi Minsk Qrupuna həmsədr təyin edib.

Tomas de Vaal Paşinyanın populist bəyanatları və Bakının reaksiyası haqda


Tomas de Vaal yazır ki, Paşiyanın bu populist bəyanatları ilə bağlı Azərbaycan prezidenti İlham Əliyev hələlik təmkinli davranır, susur. Hərçənd şübhəsiz ki, Azərbaycan prezidenti Ermənistana qarşı daha sərt ritorikaya əl atmaq imkanındadır, amma İlham Əliyev Paşinyana reaksiya verməməklə düz edir. Nəticədə onun müdafiə naziri bəzi tipik hərbə-zorba bəyanatları verib, XİN-in rəsmi nümayəndəsi isə daha diplomatik şəkildə etiraz bildirib.

“Lakin Azərbaycan prezidenti daha nə qədər təmkinli davranacaq? Üzücü ola biləcək seçki kampaniyası zamanı Paşinyan və onun tərəfdaşları Qarabağ məsələsində barışıq tonu səsləndirmək istəmir, qorxurlar ki, onların vətənpərvərlik səlahiyyətləri şübhə altına alınacaq. Ona görə də Ermənistanın münaqişəyə dair yeni, konsolidasiyalı mövqeyinin formalaşması üçün çoxlu aylar keçməlidir”-müəllif yazır.

Tomas de Vaal Paşinyanın populist bəyanatları və Bakının reaksiyası haqda


Tomas de Vaal qeyd edir ki, danışıqlarda yeni təfəkkür lazımdır və bunu Ermənistanın yeni xarici işlər naziri Zöhrab Mnatsakanyan təqdim edə bilər. “Hiperehtiyatlı Edvard Nalbəndyanı əvəzləyən Mnatsakanyan vaxtilə Avropa İttifaqı ilə Assosiasiya danışıqlarına başçılıq edib. Onun mövqeyinə görə Aİ bu münaqişənin nizamlanması prosesində daha fəal rol oynaya və prosesə yeni həyat verə bilər”-ekspert bildirir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *