AKP-nin namizədlər siyahısında sürpriz adlar » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

AKP-nin namizədlər siyahısında sürpriz adlar

AKP-nin namizədlər siyahısında sürpriz adlar


AKP iyunun 24-də keçiriləcək parlament seçkiləri ilə bağlı millət vəkilliyinə namizəd siyahısını açıqlayıb.

Avropa.info xəbər verir ki, AKP-nin namizədlər siyahısında 1567 qadın təmsil olunur, əlil namizədlərin sayı isə 8 nəfərdir.

Namizədlərin orta yaş həddi 44 civarındadır. 57 namizədin yaş həddi isə 25 yaşdan aşağıdır.

AKP-nin ən gənc deputatalığa namizədinin 18 yaşı var. 18 yaşlı Elif Nur Bayram Kocaelindən namizədliyi irəli sürülüb.

Bundan əlavə, Cümhuriyyət İttifaqını dəstəkləyən Böyük Birlik Partiyasının lideri Mustafa Destici də AKP-nin siyahısında yer alıb.

Siyahıda dünyada məşhur motosikl yarışları üzrə çempion Kenan Sofuoğlu, keçmiş futbolçu Fehmi Alpay Özalan, Böyük Millət Məclisinin sabiq sədri Bülənt Arıncın oğlu Mücahit Arınc, Alparslan Türküşin oğlu Tuğrul Türkeş, sabiq daxili işlər naziri Mehmet Ağarın oğlu Zülfü Tolqa Ağar da var.

Bunlarla yanaşı, Qaziantepdən millət vəkili Şamil Təyyar və İstanbuldan millət vəkili Mehmet Metiner və müğənni İbrahim Tatlısesin adı siyahıda yoxdur.

Mənbə: Avropa.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *