Avstriya iki pasportu olan Türkiyə vətəndaşlarını deportasiya edir
Avstriya Türkiyə Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı səsvermədə iştirak etmiş Türkiyə vətəndaşlarını deportasiya etməyə başlayıb.
Bundan başqa, Avstriya hakimiyyəti bu ölkədə yaşayan, eyni zamanda ikili vətəndaşlığı olan türklərdən Türkiyə təbəəliyindən imtina etməyi tələb edib.
Türkiyə rəhbərliyi bu məlumatı hələ şərh etməyib.
Xatırladaq ki, 2017-ci ilin aprelində Türkiyədə Konstitusiyaya dəyişikliklər edilməsi haqqında referendum keçirilib.
Mənbə:> APA