İsrail də Türkiyənin baş konsulunu Qüdsdən qovdu

İsrail Xarici İşlər Nazirliyi Türkiyənin baş konsulundan ölkəni tərk etməyi tələb edib.
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bu barədə diplomatik idarənin nümayəndəsi deyib.
Nümayəndə bildirib: "Baş konsula müəyyən müddət ərzində məsləhətləşmələr üçün Türkiyəyə qayıtmaq təklif olunub".
Qeyd edək ki, daha əvvəl Türkiyə İsrailin Ankaradakı səfirindən ölkəni tərk etməyi tələb edib.
Mənbə: Virtualaz.org