ABŞ öz vətəndaşlarına Türkiyəni tərk etməyi tövsiyə etdi
ABŞ “İslam Dövləti” (İŞİD) qruplaşmasına qarşı hərbi əməliyyatların fəllaşması fonunda Türkiyədə olan diplomatlarının və hərbçilərinin ailələrinə ölkəni tərk etməyə çağırıb.
Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.
Pentaqon nümayəndəsi Piter Kuk bəyan edib ki, könüllü təxliyyə İncirlik aviabazası yaxınlığında Adana şəhərində olan 900-ə yaxın adamı əhatə edə bilər.
O, qeyd edib ki, ölkəni tərk etmək tövsiyəsi konkret hadisə ilə əlaqədar deyil, bu sadəcə ehtiyat tədbiridir.
Mənbə:> Oxu.Az