Giorgi Kvirikaşvili: “Ölkədə qarşıdurmaya yol verilməyəcək”
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili son günlər ölkədə baş verən hadisələrə münasibət bildirib.
APA-nın məlumatına əsasən, G.Kvirikaşvili keçirdiyi xüsusi brifinqdə deyib ki, hər kəs fikrini ifadə etmək hüququna malikdir, lakin qarşıdurmaya və cəmiyyəti parçalamağa qətiyyən yol verilməməlidir.
Baş nazir hüquq-mühafizə orqanlarının əməkdaşlarını vətəndaşların təhlükəsizliyini maksimum təmin etməyə və mümkün qarşıdurmanın qarşısını almağa çağırıb.
Xatırladaq ki, Tbilisidə parlamentin qarşısında “Ağ səs-küy” hərəkatının etiraz aksiyası ilə paralel olaraq cavab aksiyası keçirilir.
Polis mümkün qarşıdurmanın qarşısını almaq məqsədilə kordon qurub. Parlament binası qarşısında nəqliyyatın hərəkəti dayandırılıb.
Mənbə:> APA