Ermənilər “Komsomolskaya pravda”nın redaksiyasına hücum çəkdi
Moskvadakı erməni diasporunun üzvləri telejurnalist və “Rosneft”in mətbuat katibi Mixail Leontyevin Ermənistanda baş verən hadisələr barədə fikirlərindən qəzəblənərək “Komsomolskaya pravda” qəzetinin redaksiyasına hücum çəkiblər. Virtualaz.org xəbər verir ki, hazırda redaksiyanın qarşısında ermənilərin sanksiyalaşdırılmamış mitinqi gedir, aksiyaçılar binaya giriş-çıxışı bağlayıblar. Hadisə yerinə polis naryadları çağırılıb.
Mixail Leontyev “Komsomolskaya pravda” radiosunun efirində çıxışı zamanı ermənilərin qərbyönümlü Nikol Paşinyanı hakimiyyətə gətirməsinə görə onların ünvanına sərt fikirlər səsləndirib. Jurnalist bildirib ki, bu Rusiyaya xəyanətdir və əgər Rusiya olmasaydı heç bir Ermənistan dövləti, nə də erməni olmazdı. Leontyev onu da deyib ki, Ermənistana görə Rusiya Azərbaycanla münasibətlərini korlamalı olub.
Mənbə:> Virtualaz.org