“Ermənistandakı məxməri inqilabdan sonra Kreml şalvarını batırıb" ERMƏNİ HƏYASIZLIĞI-VİDEO
"Putin gördü ki, hakimiyyət, ordu və polis, oliqarxlar, milyard dollarlar diktatoru xilas etmək gücündə deyil"
Son günlər bəzi rus jurnalistləri ilə erməni kolleqaları arasında ciddi qarşıdurma yaranıb. Özünün hələ 2015-ci ildən anti Ermənistan mövqeyi ilə seçilən, ORT kanalında məşhur “Odnako”, “ Bolşaya iqra”verilişləri ilə tanınan jurnalist, hal-hazırda Rosneftin vitse-prezideti olan Mixail Leontyev “Komsomolskaya pravda” radiosunun “Günün mövzusu” verilişində deyib: “Rusiya qanı və qazı ilə Ermənistanı xilas edib, yox, əgər onlar aradan çıxmaq istəyirlərsə: “Ermənilər, rədd olun burdan (колбаской катитесь)! Bu dünyada bizdən başqa, siz kimə lazımsınız?”
Jurnalistin bu sözlərindən sonra Rusiya erməniləri ittifaqı prokurorluğa müraciət edib ki, Leontyev cəzalandırılsın. Erməni mətbuatı isə sözün əsl mənasında isterikaya qapılıb. “Armenian report”un müəlliflərindən Qalust Qriqoryan bu məsələ ilə bağlı Leontyevdən çox, rusları və Putini hədəfə alıb. O yazır:
“Ermənistandakı məxməri inqilabdan sonra Kreml şalvarını batırıb. Öz təbiəti etibarı ilə klassik qorxaq olan Putin, süngü üstündə oturub və mövqelərinin zəifliyini dərk edərək, xalqın etirazından titrəməyə başlayıb. Putin gördü ki, hakimiyyət, ordu və polis, oliqarxlar, milyard dollarlar diktatoru xilas etmək gücündə deyil. Amma, Putin Sarqsyandan fərqli olaraq öz xalqına atəş açmaya bilməz. O, xalqın sayının neçə olmasından asılı olmayaraq hakimiyyəti heç vaxt vətəndaşların tələbinə görə verməz. Ona görə də Sarqsyana qəzəblidir”
Məqalə müəllifi davam edir: ”Nikol Paşinyan onun dəhşətli röyasına çevrilib. Və bir də qiyam etmiş rus xalqı. Putin bilir ki, rus qiyamı qanlı və rəhmsizdir. O bilir ki, ruslar ermənilər kimi deyil. Biz sivil xalqıq. Bu sözləri ruslar haqqında demək mümkün deyil. Məhz buna görə də biz, sivil xalqların ailəsində yaşamaq istəyirik. Ona görə də, biz Rusiyadan qopmalıyıq. Bu, Ermənistanın və erməni xalqının ölüm-qalım məsələsidir. Rusiyada anlayırlar ki, bizi öz qanlı ağuşlarında saxlaya bilməzlər. Bəzi Kreml natiqləri belə bir tezislə çıxış edirlər ki, daha Ermənistan Rusiyaya lazım deyil. Bunu etiraf etmək Kremlin məğlubiyyətidir. Bu, rusların adam kimi qəbul edə bilmədikləri-kapitulyasiyadır!”
Qriqoryanın bununla ürəyi soyumur: “Leontyevin Ermənistana girişinə qadağa qoymaq lazımdır. Ruslardan fərqli olaraq erməni xalqı çox qürurlu və inkişaf etmiş xalqdır. Sən - Leontyev, indi cırıltılı səsinlə Rusiyadan ayrılan karvana hürürsən. Sənə Putin bu əmri verib. Yalnız Ermənistan adlanan bu karvan, Putin köpəklərinin hürməyinə fikir vermir. O sivilizasiyaya doğru yol alıb, deməli, Rusiyadan əlini çəkir!”
P.S. Belə bir misal var: “it itlə boğuşdu, yolçunun işi rast düşdü”. Bu qarşıdurma Azərbaycanın xeyrinədir, bir şərtlə - zamanında, qabaqlayıcı, düzgün diplomatik və hərbi addımlar atmaqla, vəziyyəti öz xeyrimizə dəyişdirmək və Qarabağ konfliktində siyasi tərəzinin ağırlıq gözünü Azərbaycan tərəfinə əymək. Biz dövlət və millət olaraq bunu bacaracağıqmı???
Mənbə:> Moderator.az