Ermənistan Müdafiə Nazirliyi: "Azərbaycandan keçən əcnəbilər banqladeşlilərdir"
Ermənistanın ərazisinə qanunsuz girməyə cəhd edən altı əcnəbi Banqladeş vətəndaşıdır.
Virtualaz.org "Sputnik Armeniya”ya istinadən bildirir ki, bunu Ermənistan müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Viqen Sarkisyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
"Sərhəd pozucuları Banqladeş vətəndaşlarıdır. Onlar Ermənistan Milli Təhlükəsizlik Xidmətinə veriliblər", - deyə Sarkisyan vurğulayıb.
O, başqa detallar barədə məlumat verməyib.
Azərbaycan Müdafiə Nazirliyi isə altı nəfər insanın Ermənistana keçidi haqda informasiyanı təsdiq etmir.
"Belə informasiya yoxdur", - deyə nazirlikdən qısaca bildiriblər.
Mənbə:> Virtualaz.org