Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər
Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Silahlı Qüvvələrimizin nümayəndələri Predyal şəhərində (Rumaniya) “Təməl dağadırmanma təlimi”nə, Almaniyanın Oberammerqau şəhərində birgə təlim konfransına, Budapeştdə “Döyüş meydanında yaralılara təcili tibbi yardımın göstərilməsi” kursuna qatılıblar. Bundan başqa, Belqradda “REGEX 18” təliminin 5-ci planlaşdırma görüşündə, Norveçin Stavanger şəhərində tərəfdaş ölkələrin milli hərbi nümayəndələri üçün seminarda və Estoniyanın Tartu şəhərində keçirilən “NATO-nun Tibbi qiymətləndirmə kursu”nda da hərbi qulluqçularımız iştirak edirlər.
Mənbə:> Virtualaz.org