Özbəkistanda polis maşını sirena verib prezidentin yanından keçdi, rəis qandallandı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Özbəkistanda polis maşını sirena verib prezidentin yanından keçdi, rəis qandallandı

Özbəkistanda polis maşını sirena verib prezidentin yanından keçdi, rəis qandallandı

Özbəkistan prezidenti Şövkət Mirziyoyev şəxsi təhlükəsizlik xidmətinin rəhbəri Abdurahim Mominovu işdən çıxarıb, Daşkənd yol polisinin rəhbəri Barat Mamenov isə həbs olunub.

Məlumatı “AzadlıqRadiosu”nun özbək xidmətinə təhlükəsizlik xidmətinin anonimlik şərtilə danışan iki əməkdaşı verib.

Onların deməsinə görə, Mirziyoev aprelin 23-də Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov-la birlikdə Daşkənddə gəzərkən polis maşınının sirena verərək onların yaxınlığından keçməsinə qəzəblənib.

Özbəkistanda polis maşını sirena verib prezidentin yanından keçdi, rəis qandallandı


Mənbələr bildirir ki, Mominov Fövqəladə Hallar Nazirliyində yeni vəzifəyə keçirilib, Mamenov isə beş gün həbsdə saxlanıb. Mamenovun aprelin 28-də buraxıldığı, aprelin 30-da yenidən saxlandığı, otağından “əlləri qandallı aparıldığı” bildirilir.

Bu məlumatı rəsmi təsdiqlətmək mümkün olmayıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *