Yerevanda kütləvi həbslər: müxalifət liderlərindən biri həbs edildi
Hüquq-mühafizə orqanları Serj Sarkisyanın baş nazir təyin edilməsinə etirazını bildirən 83 nümayişçini həbs edib.
Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Ermənistan polisinin analitika, informasiya və KİV-lə əlaqələr şöbəsinin rəhbəri Edqar Canoyan deyib.
“Hazırda polis şöbələrində 83 nəfər saxlanılır”, - Canoyan bildirib.
Mənbə:> Virtualaz.org