Aleksandr Bortnikov: “Türkiyə Rusiyada terror aktının qarşısını almaqda kömək edib”
Rusiya xüsusi xidmət orqanları Yeni il bayramı günlərində ABŞ və Türkiyədən gələn məlumatlar sayəsində iki terror hücumunun qarşısını alıb.
“Russian Today” xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Moskvada keçirilən beynəlxalq təhlükəsizlik konfransında bildirib.
O qeyd edib ki, ötən il ABŞ Sankt-Peterburqda Yeni il bayramları zamanı terror hücumu hazırlandığı ilə bağlı Rusiyanı vaxtında xəbərdar edib.
"Eyni zamanda, türkiyəli tərəfdaşlarımızdan alınan məlumatlar sayəsində başqa bir hücumun qarşısı alınıb", - N.Bortnikov vurğulayıb.
FTX direktorunun sözlərinə görə, ötən il Rusiyada ümumilikdə 25 terror aktının qarşısı alınıb, 4 terror aktı törədilib.
Mənbə:> “Russian Today”