Ermənistan Rusiyadan çoxlu “İsgəndər” alıb Azərbaycanla sərhəddə yerləşdirəcəkmi?!
Ermənistan müdafiə naziri Vigen Sərkisyan Rusiyanın bu ölkəyə silah almaq üçün üçüncü kredit tranşı ayıracağı və həmin kredit çərçivəsində xeyli “İsgəndər” raketləri alınaraq guya Azərbaycanla sərhəddə yerləşdiriləcəyi haqda xəbərlərə münasibət bildirib. Sərkisyan bu xəbəri təkzib etməyib və deyib ki, Ermənistan “İsgəndər” komplekslərinin alınması çərçivəsində rusiyalı partnyorları ilə işi davam etdirir.
“Biz partnyorlarımızla silah alınması imkanları üzərində daim işləyirik, o cümlədən maliyyə alətləri çərçivəsində”-Ermənistan müdafiə naziri “İnterfaks”ın sorğusuna cavab olaraq deyib.
Mənbə:> Virtualaz.org