Hakimiyyətin üstünə şizofreniya gəlir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Media

Hakimiyyətin üstünə şizofreniya gəlir

Hakimiyyətin üstünə şizofreniya gəlir

Ötən əsrdə məşhur isveçrəli psixiatrlardan biri Eygen Bleyler düşüncə prosesinin dağılması, real gerçəkliklərin qavranmasının pozulması, qarabasmalar və qeyri-adekvat hərəkətlərin səbəbini müəyyənləşdirməyi bacarıb. İsveçrədə paranoidal və fantastik sayıqlamaları, sosial fəaliyyətsizliyi və əmək qabiliyyətinin pozulmasını izah etmək üçün termin müəyyən edildi. Şizofreniya! İsveçrəyə biz hələ qayıdacağıq, indi isə söhbətimiz vaxtından əvvəl ağıl kəmliyi, yaxud şizofreniya barədədir.
Hakimiyyətin üstünə şizofreniya gəlir


Sosial şəbəkələrin böyük sürətlə yayılması həmvətənlərimiz arasında bu xəstəliyin təhlükəli miqyasda yayılmasını müəyyənləşdirməyə kömək etdi. Yalnız ölkə hüdudları daxilində deyil, onun xaricində də.

Azərbaycan XİN sistemində konsul şöbəsində ucqar Lənkəran əyalətindən gəlmə bir adidən adi oğlan çalışırdı – Nahid Cəfərov. Sosial ədalət kasıb ailədən çıxmış bu sadəlövh oğlan üçün elit diplomatik dairələrə yol açmışdı. Elmar Məmmədyarovla birlikdə taleyin özü də gənc, fəaliyyətinə yenicə başlayan diplomatın üzünə gülmüşdü. Nahid Cəfərovu Azərbaycanın Hollandiyadakı səfirliyinə konsul köməkçisi vəzifəsinə göndərdilər.

Sonra nə baş verdi? Bunu artıq bilirsiniz. Nahid Cəfərov səs-küylü bəyanat verdi, siyasətə girişdi, Vətənlə onu bağlayan körpüləri yandırdı və bu, onun ucqar Mumusta kəndindən Amsterdama gedən yolunu açdı... Cəfərov bir anda üçüncü Azərbaycan Respublikasında hər şeyi yerli-dibli dəyişmək qərarı verdi. Bolşeviklər necə deyirdi? Hər şeyi təməlinə qədər söküb, sonra...

Son zamanlar əməkçi emiqrant dairələrində dolaşıq sosial mərəz işıq sürəti ilə yayılmaqdadır. Şərti olaraq, onu sosial şizofreniya adlandıraq. Kəmsavad, pis tərbiyə görmüş, əcaib qoxuyan, qəribə görkəmli və sifətlərində sinirləri oynayan miqrantlar sanki cuşa gələrək, artan quduz bir ehtirasla, özlərinin fövqəltəbii yaradılış missiyalarına inanaraq, “ura” deyərək milləti xilas etməyə can atırlar. Özü də “qeybdən gəlmiş vəhy” sahibi olan bu miqrantların xilas forması ancaq acınacaqlı hisslər doğurur. Orta əsrlərdə onları ya cüzam xəstəliyinə düçar olmuş xəstə, ya da dəli adlandırardılar. Belələrini çar Rusiyası dövründə güllələyirdilər, Sovet hakimiyyəti isə uzaq Mordoviyaya sürgün edirdi. Bəs indi nə etməli? Ayaqyolunda, hamamda, yataq otağında, trolleybusda smartfonun kamerasını özünə tuşlayaraq canlı yayımda xalqa müraciət edən, insanları küçəyə çıxmağa və avtobus dayanacaqlarını, ət dükanlarını və hətta qəzet köşklərini dağıtmağa səsləyən adamı axı necə adlandırasan? Bu cüzamlılar dəstəsi nə istəyir axı? Nağıllardakı ədaləti, İncil rəhmini, Budda yenidəndərkini, şəhidlərin Quranda təsvir edilən cənnət təsvirlərini...

Hakimiyyətin üstünə şizofreniya gəlir
Nahid və onun komandası

Qəribədir, deyilmi? Özlərini xilaskar elan etmiş hansısa amorf personajlar insanları inandırırlar ki, məhz onlar tezliklə bu xalqı xilas edəcəklər. Sosial şizofreniya emiqrasiyada hədd-hüdud bilməyən təhlükəli xarakter alıb. Fransadan, Hollandiyadan, Almaniyadan saç-saqqallı, tüpürcəyi axan, gözləri oynayan əcaib məxluqlar xalqı silahlı üsyana çağırırlar.

Ən qəribəsi isə odur ki, xalqın bundan heç xəbəri də yoxdur.

Ən təzə bir nümunə. Yox, söhbət 2018-ci il seçkilərinin baş qəhrəmanı kəloğlan Orduxandan getmir.

Məcburi haşiyə: son beş il ərzində Azərbaycanda ictimai-silasi düşüncənin hansı səviyyədə tənəzzül etdiyini təsəvvür edin! 2013-cü ildəki prezident seçkilərinin qəhrəmanı bütün dünyada tanınmış yazıçı və kinodramaturq Rüstəm İbrahimbəyov idisə, cəmi beş il sonra qapımızı heç kimin tanımadığı kəmsavad miqrant açır. Amma paralel dünyadakı xalqımızı xilas etmək fikrinə düşən yalnız bu saç-saqqal basmış personaj deyil. Qafqaz silsilə dağlarının arxasındakı sakitliyi pozmağı qərarlaşdırmışlardan biri də keçmiş konsul köməkçisi Nahid Cəfərovdur. Keçmiş diplomat “Oyan!” hərəkatını yaradıb. Xalqın liderliyinə namizədliyini irəli sürüb və tamamilə ciddi bir sifətlə mühacirətdə alternativ hökumət yaratmaq ideyasından danışır. Var olsun ikihakimiyyətlilik! Bütün hakimiyyət Sovetlərə!

Hakimiyyətin üstünə şizofreniya gəlir
səni də müalicə edərlər!

Deyəsən, bolşeviklərdən sonra bu, “möhürlənmiş vaqon”un köməyi ilə siyasi vəziyyəti laxlatmağa ikinci cəhddir. İyirminci əsrin və sonrakı dövrün tarixində hələ siyasi mübarizənin ölkənin hüdudlarından kənara çıxarılmasının başqa nümunəsi olmayıb. Lakin o vaxtlar İsveçrədəki leninist-bolşeviklərin emiqrant dərnəklərində korifeylər, ağıllı yəhudilər, filosofar, marksizm klassikləri fəaliyyət göstərirdi. Ən nəhayətdə, orada alman kəşfiyyatından aldığı milyonları cibində olan Parvus vardı.

Burada olan isə küçə avaraları, simitin deşiyi, iyrəncliklər və atmacalardır. Beləliklə, Nahid Cəfərov öz hərəkatı üçün simvol da fikirləşib – qum saatı. Bakının divarlarını bu saatın təsvirləri ilə bəzəməyə çağırışlar edir. Lap əfsanəvi “Görüş yerini dəyişmək olmaz” sovet filmindəki kimi. Bakının küçələrində və hətta kəndlərdə bəzən kimsə divarlarda qara saat şəkilləri çəkir. Görəsən, doğrudanmı həmin o filmdəki “MUR” rəisi Jeqlovun mübarizə apardığı “Qara pişik”dən ilhamlanıblar?

Bununla belə Cəfərov çaşqınlığını da gizlətmir: “Nəyə görə Bakının küçələrinə milyonlarla etirazçı çıxmır? Xalq bizə inanmır? Biz, etiraz edənlər, əhalinin ümumi sayının 5%-ni təşkil edirik. 95% isə bizim mübarizəmizə laqeyddir!” Özünün suallarına Cəfərov elə özü cavab verir: “Xalq bizə inanmırsa, deməli, pis işləyirik. Biz mübarizə metodlarını dəyişməliyik. O zaman xalq bizə mütləq inanacaq”.

Daha sonra isə Nahid, elə öz sözlərinə görə, ona inanmayan və onu dinləməyən xalqı inandırmaqda davam edir ki, Azərbaycanda vəziyyət hakimiyyətin nəzarətindən çıxıb. Bu nə sərsəmlikdir? Əgər xalq Nahidə inanmırsa və onu eşitmirsə, özünün etiraf etdiyi kimi, siyasətdən uzaqdırsa, status-kvo (mövcud vəziyyət) necə dəyişib? Vəziyyət nəzarətdən necə çıxıb? Amma necə olubsa, Nahid uzaq Hollandiyada xəbər tutub ki, prezident və onun hökuməti gecələr yatmır. Qorxudan! Guya hökumət ümumxalq üsyanından qorxur. Buna görə də, alternativ hökumət yaratmaq lazımdır. Bəs bu hökumət nəyə lazımdır və o, ölkəni uzaqdan necə idarə etməyə hazırlaşır? Nahid qətiyyətlə cavab verir: mühacirət hökuməti xalqı oyandıracaq, hakimiyyəti öz əlinə alacaq və mülkiyyəti yenidən bölüşdürəcək. Nahid zorla bölüşdürüləni zorla bölüşdürməyə çağırır.

Bunu necə başa düşməyimizi istəyirsiniz? Bu, siyasi ağıldankəmin əlaqəsiz düşüncələri deyilsə, nədir? Gəldik çatdıq əsas siyasi məsələnin nəticə hissəsinə. İlham Əliyevin tərəfdarlarından başqa sağalmaz sosial şizofreniyaya mübtəla olanları nə eşidən var, nə də onları ciddi qəbul edən. Cəmiyyət onları qulaqardına vurur. Nəyə görəsə, onları yalnız hakimiyyət görür. Ağlı başından çıxmış adama necə cavab verəsən? Ona mərhəmət göstərmək, tibbi yardım etmək və sosial şizofreniyadan müalicə olunmaqda yardım etmək lazımdır. Ağıldankəmlərlə mübarizə aparmazlar, bu humanist iş deyil, onlara ağır xəstəlikdən qurtulmağa kömək edərlər...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *