Saakaşvili: “Mən Gürcüstana gələcəyəm”
“Mən Gürcüstana gələcəyəm və komandamla birgə bütün proqramları həyata keçirəcəyəm”. Bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili videomüraciətində deyib.
O bildirib ki, Vahid Milli Hərəkat hər bir gürcüyə iqtisadi gücünü qaytaracaq: “Əminəm ki, hakimiyyətin dəyişməsindən sonra - bu, növbəti prezident seçkilərindən sonra baş verməlidir - Gürcüstanda minimal pensiya 400 lari məbləğində olacaq və bunu etmək çox asandır”.
M.Saakaşvilinin sözlərinə görə, Gürcüstan boşalır və bu, real təhlükədir: “Bunu yalnız həyat səviyyəsini yüksəltmək, əmək haqlarını və iqtisadi imkanları artırmaqla aradan qaldırmaq mümkündür. Bunu mən özüm etməyə hazırlaşıram. İndi onlar mənə qarşı cinayət işləri qaldırırlar ki, Gürcüstana qayıda bilməyim. Mən gələcəm və bu proqramların hamısını komandamla birgə həyata keçirəcəm. Mən öz xalqımı dar gündə qoymaram. Onları mafiyanın əlinə verməyəcəm. Buna son qoyulmalıdır. Gürcüstan azad olunmalı və nəfəs almalıdır”.
Mənbə:> Virtualaz.org