Azərbaycanlılar Budapeşt küçələrinə çıxdılar
Macarıstanda yaşayan azərbaycanlılar martın 29-da Azərbaycan prezidentliyinə namizəd İlham Əliyevə dəstək aksiyası keçiriblər.
Virtualaz.org-un məlumatına görə, Budapeştdə keçirilən aksiyada 50 nəfərdən çox fəal iştirak edib.
Aksiya iştirakçıları prezident İ.Əliyevin portretləri və Azərbaycan hakimiyyətinə dəstək plakatları ilə küçələrə çıxaraq bəzi mühacir dairələrinin Avropada Azərbaycan hökumətinin diskreditasiyası cəhdinə yönəldilmiş cəhdlərini qınayıblar.
Aksiya iştirakçıları, həmçinin Azərbaycan Prezidentinin inkişafa və Avropa Birliyi ilə münasibətlərin möhkəmlənməsinə yönəldilmiş siyasətini dəstəklədiklərini ifadə ediblər. "Macarıstan-Azərbaycan qardaşlığı" təşkilatının başçısı Ramiz Əmirli öz çıxışında Avropadakı bütün azərbaycanlıları qarşıdakı prezident seçkilərində İlham Əliyevə səs verməyə çağırıb.
Mənbə:> Virtualaz.org