Noyert qovulan diplomatlara “casus” damğası vurdu
Rusiyanın amerikalı diplomatları qovmağa və ABŞ-ın Sankt Peterburqdakı baş konsulluğunu bağlamağa heç bir əsası olmayıb.
“İnterfaks” xəbər verir ki, bu bəyanatı ABŞ dövlət departamentinin rəsmisi Hizer Noyert səsləndirib.
“Bir daha xatırlatmaq istəyirəm ki, Rusiyanın cavab tədbirlərinin heç bir bəraəti yoxdur. Bizim ölçülər bilavasitə Birləşmiş Krallığa, Britaniya vətəndaşı və onun qızına edilmiş hücumla əlaqədar olub” deyə Noyert bildirib.
Rəsmi nümayəndənin sözlərinə görə, Rusiya tərəfi törətdiyi “ötkəm kimyəvi hücumu” ilə özünü dünyadan təcrid etməyə davam edir.
“Biz Rusiyanın qəbul etdiyi ölçülərin təfsilatlarını araşdırırıq, bir daha qeyd edirəm ki, Rusiyanın ABŞ-a qarşı istənilən addımına cavab vermək hüququmuz var” deyə Noyert vurğulayıb.
“ABŞ bir çox ölkələrlə birgə, rusiyalı casusların ölkədən xaric edilməsinə dair qərar qəbul etdi. Biz Rusiyanın cavab tədbirlərini diplomatik sferada “dişə-diş” prinsipi kimi qəbul etmirik” deyə sözçü qeyd edib.
Mənbə:> İnterfaks