Mer Bakıda kefə baxdı POLŞADA NARAZIDIRLAR
Polşanın Qdansk şəhərinin ictimaiyyəti və jurnalistləri merin və məmurların xarici səfərlərinə böyük məbləğdə vəsaitin xərclənməsindən narazılıq edirlər.
Virtualaz.org bildirir ki, yerli “Trojmiasto” nəşrinin məlumatına əsasən, 2017-ci ildə Qdansk merinin və məmurlarının xarici səfərlərinə 1,5 milyon zlotı xərclənib. Və onlar ən çox Azərbaycana, Çinə, Türkiyəyə, ABŞ-a və İsrailə səfər ediblər.
Nəşrin məlumatına görə, vergi verənlərə ən baha başa gələn şəhər merinin və onun müavininin 14 - 18 avqustda Bakıya (Ümumdünya boyskaut konfransının işində iştirak etmək üçün) səfərləri olub.
Mer Pavel Adamoviçin, onun müavini Pyotr Qrjelakın və meriyanın məmuru Lukas Klosun Bakı səfəri Qdansk şəhər xəzinəsinə 26,9 min zlotıdan artığa başa gəlib.
Polşa nəşri yazır ki, əgər tədbirin Azərbaycandan olan təşkilatçıları xərclərin bir hissəsini öz üzərlərinə götürməsəydilər, Polşa məmurlarının Bakıya bu səfəri şəhər xəzinəsinə daha baha başa gələ bilərdi.
Qeyd edək ki, Polşa zlotuna qarşı dolların məzənnəsi 3,41 PLN/$1 təşkil edir.
Mənbə:> Virtualaz.org