Türkiyənin növbəti yardım karvanı Afrinə çatdı
Türkiyənın Qızılay Cəmiyyəti Suriyanın terrorçulardan azad olunan Afrin bölgəsinə humanitar yardımı davam etdirir.
AzərTAc bildirir ki, sonuncu yardım karvanı Afrin şəhərinin yaxınlığındakı Miski Tahtani kəndinə çatıb. Burada 2 min nəfər üçün uzun müddət yetərli olacaq quru ərzaq paketləri paylanılıb. Bundan başqa, kənddə azyaşlı uşağı olan ailələrə də körpələr üçün zəruri əşyalar verilib.
Mənbə:> AzerTac