İran vətəndaşlarına vizaların hava limanlarında verilməsinə başlanıb
"Azərbaycana səfər edən İran vətəndaşlarına giriş vizalarının Azərbaycanın beynəlxalq statuslu hava limanlarında verilməsinə başlanılıb".
Bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, bu qərar martın 15-də qüvvəyə minib: "Bu qərarın dost və qonşu ölkələr olan Azərbaycan və İran arasında humanitar, iqtisadi-ticarət əlaqələrinin daha da inkişafına və insanlararası təmasların artmasına əsaslı töhfə verəcəyinə ümidvarıq".
Mənbə:> Virtualaz.org