Savçenko: "Ukrayna hərbçiləri dövlət çevrilişi hazırlayır..." » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Savçenko: "Ukrayna hərbçiləri dövlət çevrilişi hazırlayır..."

Savçenko: "Ukrayna hərbçiləri dövlət çevrilişi hazırlayır..."

Ali Radanın deputatı Nadejda Savçenko bildirib ki, Ukrayna hərbçiləri dövlət çevrilişində iştiraka hazırdırlar.

Virtualaz.org-un məlumatına görə, bunu o, strana.ua nəşrinə müsahibəsində deyib.

Savçenkonun sözlərinə görə, Ukraynanın Silahlı Qüvvələrində mövcud hakimiyyətin devrilməsini istəyən kifayət qədər hərbi qulluqçular var. Xalq deputatı onu da bildirib ki, güc strukturları keçmiş prezident Viktor Yanukoviçə qarşı da çıxış etməyə hazır idilər.

"Hərbçilər — iş adamlarıdılar. Onlar az danışırlar, çoxlu lətifələr söyləyirlər və gücləri bundadır. Onlar adətən kütdürlər və əmrləri yerinə yetirirlər, amma onların da səbrinin hüdud var", — Savçenko qeyd edib.

Xatırladaq ki, srağagün ölkənin baş prokuroru Yuri Lutsenko Nadejda Savçenkonun özünü Kiyevdə terror aktı hazırlamaqda ittiham etmişdi. Onun sözlərinə görə, Ukrayna Ali Radasının deputatı, keçmiş hərbi pilot və Rusiyada məhbus həyatı yaşamış, sonradan Ukraynanın Milli Qəhrəmanı adına layiq görülmüş N.Savçenkonun adı “vətən xaini” və “terrorçuların əlaltısı” kimi “Mirotvorets” saytının “qara siyahı”sına əlavə olunub.

O, iddia etmişdi ki, Savçenkonun Ali Radanın binasında terror aktı hazırlaması ilə bağlı onlarda “təkzibolunmaz faktlar” var. Buna görə də parlametdən xahiş etmişdi ki, onun cinayət məsuliyyətinə cəlb olunmasına razılıq versin.

Savçenko özü isə bu ittihamları rədd etmiş və bildirmişdi ki, “baş prokurorun başı xarab olub”.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *