Rusiya diplomatı: “Heç kimə bizimlə bu tonda danışmağa imkan verməyəcəyik” » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Rusiya diplomatı: “Heç kimə bizimlə bu tonda danışmağa imkan verməyəcəyik”

Rusiya diplomatı: “Heç kimə bizimlə bu tonda danışmağa imkan verməyəcəyik”

Rusiya Böyük Britaniyaya özü ilə ultimatum dilində danışmağa imkan verməyəcək.

RİA Novosti-nin verdiyi xəbərə görə, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya bəyan edib.

“Bizdən ultimatum şəklində sutka ərzində günahımızı etiraf etməyi tələb etdilər. Biz heç kimlə ultimatum dilində danışmırıq və bu tonda bizimlə danışmağa imkan verməyəcəyik”, - deyə TŞ-nın iclasında çıxış edən V.Nebenzya deyib.

Onun sözlərinə görə, rəsmi Moskva Böyük Britaniyadan cinayətdə istifadə edilən maddənin nümunələrini təqdim etməyi xahiş edib, lakin Londondan rədd cavabı alıb.

"Rusiyanın bu insidentə aidiyyəti yoxdur. Biz Londonun ultimatumlarını mənasız hesab edirik", - deyə Nebenzya fikrini yekunlaşdırıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *