ABŞ xüsusi təlimat verdiyi 70 PKK terrorçusunu Afrinə göndərib » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

ABŞ xüsusi təlimat verdiyi 70 PKK terrorçusunu Afrinə göndərib

ABŞ xüsusi təlimat verdiyi 70 PKK terrorçusunu Afrinə göndərib

ABŞ 1990-cı illərdən bəri Guam adasında xüsusi təlim verdiyi terrorçu PKK qruplaşmasının 70 silahlısını Afrinə göndərib.

“Report” xəbər verir ki, amerikalı hərbi təlimatçılar bu terrorçulara təyyarə və helikopterləri idarə, tank əleyhinə silahdan, zenit və rəqəmsal minadan istifadə etməyi öyrədiblər.

Onlar Afrində Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun terrorçularla üz-üzə olduğu qaynar bölgələrdə yerləşdirilib.

Terrorçu PKK-nın xüsusi dəstəsinin istifadə etdiyi silahlar, geydikləri uniforma ABŞ-ın xüsusi təyinatlılarının silah və geyimlərindən fərqlənmir.

ABŞ-ın Guamda xüsusi təlim verdiyi terrorçu PKK-çılardan ibarət dəstəyə “HAT” adı verilib. Əfqanıstanın Baqram hərbi bazasından sonra Guam ABŞ-ın 1996-cı ildən bəri terrorçulara təlim verdiyi ikinci ən böyük bazasıdır.

İran, İraq, Suriya və bəzi Avropa ölkələrindən bu adadakı ABŞ-ın hərbi bazasına aparılan kürd etnik qrupuna məxsus gənclərə təyyarə və helikopterin idarə edilməsi, ağır hərbi silahlardan istifadə olunması, habelə kimyəvi silahlarla bağlı ixtisas verilir, siyasət, hüquq, beynəlxalq əlaqələr sahələrində təlim keçirilir. Ən azı, bir təlim görən terrorçular 2000-ci illərin əvvəllərində Suriya və İrana göndəriliblər.

ABŞ xüsusi təlimat verdiyi 70 PKK terrorçusunu Afrinə göndərib


Guam ingilizcə “yardım, bilgi” anlamındadır. Onun rəsmi adı Guam torpağı (İngilizcə: “Territory of Guam”), Mariana adalarının ən böyük və ən cənubda yerləşən adasıdır. Havaydan 5000 km qərbdə yerləşir. ABŞ-a məxsus muxtar torpaq statusuna malikdir.

İspaniya adına səyahət etmiş portuqalıyalı dənizçi Ferdinand Magellan 1521-ci ildə Guamı kəşf edib. Yerlilərin davranışına görə adaya “Ladrones” (oğrular) adını verdiyi deyilir. İspaniya 1565-ci ildə Guam üzərində haqqı olduğunu rəsmən iddia edib. Bundan sonra 200 il Guam İspaniyanın forpostu olub.

1898-ci ildə İspaniya-Amerika savaşının sonunda Guam ABŞ-a verilib. 1941-ci ildə Yaponiya oranı tutub. 1944-cü ildə ABŞ hərbi qüvvələri tərəfindən ada geri alınıb. 1950-ci ildə ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin himayədarlığı altında Daxili İşlər Nazirliyi tərəfindən idarə edilir. Həmin tarixdən guamlılar ABŞ vətəndaşlığına qəbul edilib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *