İlham Əliyev Moldova ilə hərbi sahədə əməkdaşlıq sazişini təsdiq etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

İlham Əliyev Moldova ilə hərbi sahədə əməkdaşlıq sazişini təsdiq etdi

İlham Əliyev Moldova ilə hərbi sahədə əməkdaşlıq sazişini təsdiq etdi

Prezident İlham Əliyev Azərbaycan hökuməti və Moldova hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Virtualaz.org bildirir ki, saziş qüvvəyə mindikdən sonra Azərbaycan Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Xarici İşlər Nazirliyinə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Moldova hökumətinə bildiriş göndərmək tapşırılıb.

Qeyd edək ki, Azərbaycan və Moldova hökumətləri arasında hərbi sahədə əməkdaşlıq haqqında saziş 2017-ci il aprelin 24-də Kişinyovda və iyunun 12-də Bakıda imzalanıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *