“Prezident seçilsəm, Türkiyə, İran, İraq, Suriya, Livan və Azərbaycanı birləşdirib bir dövlət elan edəcəyik” » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

“Prezident seçilsəm, Türkiyə, İran, İraq, Suriya, Livan və Azərbaycanı birləşdirib bir dövlət elan edəcəyik” – Perinçəkdən sərsəm açıqlama

“Prezident seçilsəm, Türkiyə, İran, İraq, Suriya, Livan və Azərbaycanı birləşdirib bir dövlət elan edəcəyik”


Bu gülünc açıqlama ilə Türkiyənin “Vatan” partiyasının sədri Doğu Perinçək çıxış edib. Siyasi həyatı boyunca mütəmadi olaraq mövqeyini dəyişən bir siyasətçi kimi tanınan Perinçək, Suriya diktatoru Bəşər Əsədi də Ankaraya dəvət edəcəyini vəd edib.

“Bəşər Əsədə qatil deyən bir iqtidar vətən sevgisində başarılı ola bilməz. Biz seçilsək, Bəşər Əsədi Ankaraya dəvət edib, əlini sıxacayıq.

Bizi 6 nəfərlik bir heyət halında Suriyaya çağırdılar. Cənab Əsəd o vaxt Moskvada idi. Gələcəyimiz zaman son bir yemək yedik. Orada bizə Əsədin bir mesajını çatdırdılar. Bizə təklif etdilər ki, bir dövlət kimi birləşək. Bizim də “Vətən” partiyası olaraq Türkiyə, İran, Suriya, İraq, Livan, Azarbaycanla bir konfedarativ dövlət olma layihəmiz var” deyə Perinçək qeyd edib.

Xatırladaq ki, Perinçək Türkiyədə qeyri-sabir bir siyasətçi kimi tanınır. O, bir vaxtlar PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüşmüş və onu müdafiə etmişdi. Daha sonra, Perinçək millətçi olaraq ortaya çıxdı. Son olaraq isə Doğu Perinçək “Avrasiyaçılıq” siyasi xəttininin tərəfdarı kimi tanınmağa başladı. Perinçəkin rəhbərlik etdiyi “Vatan” partiyası heç bir seçkidə uğur qazanmayıb.

Mənbə: Avropa.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *