Erməni diversant Azərbaycan dilində danışır: “El bilir ki, sən mənimsən...” » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Sosial

Erməni diversant Azərbaycan dilində danışır: “El bilir ki, sən mənimsən...”

Erməni diversant Azərbaycan dilində danışır: “El bilir ki, sən mənimsən...”

Ermənistan ordusunun diversantı Arsen Baqdasaryan 2014-cü ilin dekabrın 26-da qoşunların təmas xəttində mina basdırarkən Azərbaycan Ordusu tərəfindən tutulub.

Məhkəmənin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib. A.Baqdasaryan Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın əmri ilə böyük cinayət törətdiyini etiraf edib.

Həbsxanada bizim dildə danışmağı öyrənən Arsen Baqdasaryan Azərbaycan bayrağını da başının üstündən asıb. O, bayrağı özü hazırlayıb.

Baxmayaraq ki, Arsen cinayət törədib, ona Azərbaycanda heç bir zorakılıq tətbiq edilməyib. Bunu o, “Qarabağ: əsirlər və girovlar - Közərən Xaç” filminin çəkilişi zamanı etiraf edib.

Arsen Baqdasaryan həbsxanadan Ermənistana mesaj da verib. Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti vasitəsilə o, ailəsi ilə tez-tez əlaqə saxlayır. Hətta qardaşını yeni doğulan uşağına görə təbrik edib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *