Ərdoğan: “Türkiyə öz sərhədlərinin təhlükəsizliyini təmin etməyə davam edəcək”
Türkiyə öz sərhədlərinin təhlükəsizliyini təmin etməyə və istənilən təhlükə mənbələrərini aradan qaldırmağa davam edəcək.
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraş əyalətində keçirilən mitinq zamanı bildirib.
Ərdoğan qeyd edib ki, heç kəsin Ankaradan Türkiyə sərhədlərinə təhlükənin aradan qaldırılması istiqamətində attığı addımlara görə cavab tələb etməyə haqqı yoxdur: "Türkiyə öz sərhədlərinin təhlükəsizliyini təmin etməyə və istənilən təhlükə mənbələrərini aradan qaldırmağa davam edəcək. Türkiyə və onun ordusu düşmənlərdən qorxmur. Afrindəki əməliyyat bunu sübut edir".
Mənbə:> Virtualaz.org