Azərbaycanlı ABŞ seçkilərinə müdaxilə etməkdə təqsirləndirilir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Azərbaycanlı ABŞ seçkilərinə müdaxilə etməkdə təqsirləndirilir

Azərbaycanlı ABŞ seçkilərinə müdaxilə etməkdə təqsirləndirilir


Azərbaycan əsilli Rusiya vətəndaşı Ceyhun Aslanov ABŞ prezident seçkilərinə müdaxilə etməkdə təqsirləndirilir.

Oxu.Az xəbər verir ki, ABŞ prezident seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı iddiaları araşdıran xüsusi prokuror Robert Müller 13 Rusiya vətəndaşı, o cümlədən Ceyhun Aslanova qarşı ittiham irəli sürüb.

Müvafiq sənəd ABŞ ədliyyə nazirliyinin saytında dərc olunub.

Məlumata görə, Ceyhun Aslanov Rusiya prezidenti Vladimir Putinə yaxın olan biznesmen Yevgeni Priqojinə işləyib.

İttiham sənədinə görə, Priqojininin maliyyələşdirdiyi internet-tədqiqat agentliyi 2014-2016-cı illərdə ABŞ-da yaşayan real insanların və ya uydurma şəxslərin adına sosial şəbəkələrdə saxta profillər və hesablar yaradıb. İttiham olunanların ABŞ sosial şəbəkələrində geniş auditoriyaya malik olduğu, həmin profillər vasitəsilə Donald Trapın namizədliyinə dəstək olan təbliğat xarakterli materiallar yaydığı iddia olunur. Həmçinin onların özlərini siyasi fəal kimi təqdim edərək ABŞ-da siyasi aksiyalar təşkil etdikləri bildirilir. Seçkilərdən sonra isə Trampın seçilməsinə qarşı bir sıra aksiyalar təşkil olunub.

İttiham olunan şəxsləri – yəni internet-tədqiqat agentliyinin əməkdaşları və menecerlərini həmçinin “trol fabriki” adlandırırlar. Bu təşkilatın fəaliyyəti barədə çoxsaylı şahid ifadələri o cümlədən təşkilatın keçmiş əməkdaşlarının ifadələri dərc olunub.

“Beynəlxalq” şöbənin rəhbəri kimi qələmə verilən Ceyhun Aslanovu, keçmişdə tabeliyində olan bəzi işçilər “Cey Zi” adlandırıb. “Beynəlxalq şöbəyə” məhz onun başçılıq etdiyini və onun böyük ehtimalla hələ də vəzifəni davam etdirdiyi ilə bağlı iddiaları müxtəlif vaxtlarda “trol fabrikində”işləmiş 3 ayrı şəxs də təsdiqləyib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *