Trampın adı növbəti seks-qalmaqalda hallandı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Maqazin, Dünya, Foto

Trampın adı növbəti seks-qalmaqalda hallandı – FOTO

Trampın adı növbəti seks-qalmaqalda hallandı


Keçmiş “Playboy” modeli və aktrisa Karen Makduqal ABŞ prezidenti Donald Trampla 2006-2007-ci illərdəki əlaqələri haqqında danışıb.

Oxu.Az ABŞ mətbuatına istinadən xəbər verir ki, sözügedən dövrdə biznesmen olan Tramp Melania ilə evli olub.

Keçmiş modelin Trampla münasibətləri haqqında səkkiz səhifəlik əlyazmasını “The New Yorker” nəşrinə Makduqalın dostu təqdim edib.

Aktrisanın sözlərinə görə, o, Trampla 2006-cı ilin iyun ayında “Playboy” malikanəsində keçirilən şənlikdə tanış olub. Həmin vaxt Tramp Melania ilə artıq iki ilə yaxın idi ki, evli idi.

Makduqal dərhal Trampın xoşuna gəldiyini və onunla iki saata yaxın söhbətləşdiyini bildirib. Daha sonra isə onlar cinsi əlaqədə olub.

“Mən çox həyəcanlı idim. Onun zəkası və cazibəsinin təsiri altında idim. Çox nəzakətli insan idi”, - deyə Makduqal yazıb.

Onun sözlərinə görə, əynini geyinib getmək istəyən zaman Tramp ona pul təklif etməklə modeli təəcübləndirib. Makduqal pulu götürməkdən imtina edib və Tramp onun “xüsusi” olduğunu bildirib.

Makduqal deyib ki, Tramp hər dəfə Los-Ancelesə səfər edəndə onunla görüşüb, münasibətləri daha da irəlilədikdən sonra onu ailə üzvləri ilə tanış edib.

O, şənliklərin birində Kim Kardaşyan, kiçik-Donald Tramp və onun həmin vaxt hamilə olan həyat yoldaşı ilə eyni masa arxasında əyləşdiyini bildirir.

Model Trampın evində də olduğunu qeyd edir. Onun dediyinə görə, Tramp-tauerdə ona Melanianin yataq otağını göstərib və onun bəzi anlarda tənha qalmağı və ya kitab oxumağı sevdiyini deyib.

Aktrisa qeyd edib ki, Trampla onun əlaqələri doqquz aydan sonra – 2007-ci ilin aprel ayında kəsilib.

Trampın adı növbəti seks-qalmaqalda hallandı
Trampın adı növbəti seks-qalmaqalda hallandı
Trampın adı növbəti seks-qalmaqalda hallandı
Trampın adı növbəti seks-qalmaqalda hallandı

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *