İran ABŞ-ı hədələdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

İran ABŞ-ı hədələdi – "Yumruqla çıxararıq"

İran ABŞ-ı hədələdi


İranın dini lideri ayətullah Əli Xameneinin baş müşaviri Əli Əkbər Vilayəti ABŞ-la bağlı yeni açıqlama verib.
"Ölkə.Az" xəbər verir ki, Əli Əkbər ABŞ-ın Suriyadakı hərbi varlığı üçün "ABŞ ya özü buradan çıxar, ya da biz yumruqla çıxararıq"-deyib.

Məşhəd şəhərində keçirilən konfransda çıxış edən Vilayəti deyib: "ABŞ Suriyanı bölməyə çalışır, amma bunu edə bilməyəcək. ABŞ İraqı bölə bilmədiyi kimi, Suriyanı da bölə bilməyəcək. Fərat çayının şərqində yerləşən ABŞ gec-tez ərazini tərk etməlidir. Əks halda, biz onu yumruqla oradan çıxararıq".
Bununla yanaşı, Vilayəti qeyd edib ki, ABŞ İŞİD terror qruplaşmasını Əfqanıstana köçürür. İran isə buna göz yuma bilməz.

Mənbə: Ölkə.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *