Prezidentlər bəyanat verdi
Martın 11-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin geniş tərkibdə görüşü olub.
ANS PRESS-in məlumatına görə, prezidentlərin geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Pakistan sənədlərinin imzalanması mərasimi keçirilib.
Daha sonra prezidentlər İlham Əliyev və Məmnun Hüseyn mətbuata bəyanatlarla çıxış ediblər.
Mənbə:> ANSPRESS