"Daşaltı əməliyatının qəhramanlarını bu gündə unutmuruq" » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Tarix

"Daşaltı əməliyatının qəhramanlarını bu gündə unutmuruq"

"Daşaltı əməliyatının qəhramanlarını bu gündə unutmuruq"


Bu sözləri Azərbaycan Alpaqut Federasiyasının prezidenti, tanınmış ictimai fəal Aqil Acalov Melumat-Merkezi.az’a açıqlamasında qeyd edib.

“ 1992-ci il 25 yanvarda axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatan Daşaltı əməliyatının qəhramanlarını bu gündə unutmuruq. Daşaltı ermənilər üçün Qarabağı əldə edəcək ən böyük rol idi kənd özü Şuşadan 3-4 kilometr məsafədə, Şuşa–Laçın magistral yolu boyunca yerləşir. Bu kənddəki atəş mövqelərindən erməni qoşunları Şuşaya, həmçinin Şuşa-Laçın yolu üzrə hərəkət edən nəqliyyata daim atəş açırdı, bu isə Şuşada yerləşən Azərbaycan qoşunlarının təchizatında çətinliklər yaradırdı. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə tağım isə xeyli itki verərək geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirib. “

“ Həmin gün orada erməniylə üz-üzə gəlib son nəfəsinədək döyüşənlərdən biridə Riyad Əhmədov idi. 1992-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə irəli çəkilmiş Riad Əhmədovun başçılıq etdiyi xüsusi kəşfiyyat dəstəsi Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir.”


Lakin R.Əhmədov 1992-ci il yanvar ayının 25-də "Daşaltı əməliyyatı"nın gedişində yaranan gərgin vəziyyət nəticəsində erməniyə əsir düşür və taleyindən bir daha məlumat alınmır. Riad Əhmədova öz layiqli adını ulu öndər Heydər Əliyev verir 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülr.Minlərlə şəhidimiz kimi, Riyad’da yetişməkdə olan gənc nəslimizə örnəkdir.

Mənbə: Melumat-merkezi.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *