İran orta məktəblərdə ingilis dilinin tədrisini qadağan etdi
İran höküməti orta məktəblərdə ingilis dilinin tədrisinə qadağa qoyub.
Oxu.Az xəbər verir ki, məlumatı Reuters İran Ali Təhsil Şurasının rəhbəri Mehdi Nəvid-Adhama istinadən yayıb.
Qeyd edilir ki, bu barədə ilk olaraq dini lider Əli Hüseyn Xamneyi etirazla çıxış edib. O deyib ki, orta məktəblərdə ingilis dilinin tədrisi Qərb mədəniyyətinin genişlənməsinə yol açır.
Dövlət və özəl ibtidai məktəblərdə ingilis dilinin tədrisi qanun və qaydalar pozulmasına səbəb olur " - deyə İran Ali Təhsil Şurasının rəhbəri Mehdi Nəvid-Adham dövlət televiziyasındakı çıxışında bildirib.
Mənbə:> Oxu.Az