Rusiya 9 mindən çox şimali koreyalının işə düzəlmə təklifini rədd edib
Ərizələr tam həcmdə nazirlik tərəfindən rədd edilib.
Rusiyanın Əmək və Sosial Müdafiə Nazirliyi Primorye vilayətindən olan işəgötürənlərin 9 mindən çox Şimali Koreya vətəndaşının işə cəlb edilməsinə dair bütün ərizələrini rədd edib.
“Report” xəbər verir ki, bu barədə yerli administrasiyaya istinadən RİA "Novosti" məlumat yayıb.
"Primorye vilayət administrasiyası tərəfindən işəgötürənlərin 2018-ci il üçün ərizələrinə baxış nəticəsində KXDR-dən 9 mindən çox xarici vətəndaşın cəlb olunması razılaşdırılıb...", — deyə vilayət administrasiyasının mətbuat xidmətinin məlumatında bildirilir.
Bununla belə qeyd olunur ki, ərizələr tam həcmdə nazirlik tərəfindən rədd edilib.
Mənbə:> Report