Ərdoğan bu qadağanı ləğv etdi
Bu yaz təhlükəsizlik məqsədi ilə tətbiq edilən yaylaq qadağasını ləvğ edəcəyik.
Virtualaz.org bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hakkaridə çıxışı zamanı deyib.
Ərdoğan əhalini yaylaqlarına sahib çıxmağa səsləyib: “Yaylaqlarınıza sahib çıxın. Terrorçuların kiçik bir təhdidi ilə mal-qaranızı onlara verməyin. Sizi biz qoruyacağıq. Hakkaridə belə gözəl yaylaqlar varkən ətin qiyməti ilə bağlı müzakirələr aparmaq ağılsızlıqdır. Yaylaq qadağası qaldırıldıqdan sonra Hakkaridə heyvandarlığın inkişaf edəcəyinə ümid edirik”.
Mənbə:> Virtualaz.org