Gürcüstan müxalifəti baş nazirin Ermənistanla bağlı təklifinə etiraz etdi » AzNews.info -Xəbər portalı

Gürcüstan müxalifəti baş nazirin Ermənistanla bağlı təklifinə etiraz etdi

Gürcüstan müxalifəti baş nazirin Ermənistanla bağlı təklifinə etiraz etdi

Gürcüstan müxalifəti baş nazir Georgi Kvirikaşvilinin Ermənistandan gələn yüklərin fors-major hallarda Cənubi Osetiya və Abxaziyadan keçməklə Rusiyaya çatdırılmasına icazə verilməsi ilə bağlı təklifini sərt tənqid edib.

"Report" xəbər verir ki, baş nazir bu təklifi parlamentdəki çıxışı zamanı səsləndirib.

Hökumət başçısı deyib ki, bu yoldan fors-major hallarda təkcə Ermənistan deyil, Türkiyə və digər ölkələr də istifadə edə bilərlər.

Bu, nəqliyyat dəhlizindən istifadə ilə bağlı Rusiya ilə Gürcüstan arasında 2011-ci ildə imzalanmış müqavilədə də xatırlanır. Dekabrın 19-da Berndə Gürcüstanın Gəlirlər Xidməti ilə İsveçrənin SGS kompaniyası arasında bu dəhliz ilə daşınacaq yüklərin monitorinqini aparmaq barədə müqavilə imzalanıb.

Gürcüstanın əsas ana müxalifəti hesab olunan "Vahid milli hərəkat" Partiyasının üzvü, keçmiş xarici işlər naziri Qriqol Vaşadze isə deyib ki, bu dəhlizdən üçüncü ölkənin istifadə etməsi 2011-ci ildə imzalanmış müqavilənin şərtlərinə ziddir. Ermənistana öz yüklərini dəhlizlə daşımasına icazənin verilməsinin bu müqavilə ilə heç bir əlaqəsi yoxdur.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *