ABŞ senatorunu tuturlar
ABŞ-ın Ədliyyə Nazirliyi Nyu-Cersi ştatından olan demokrat senator, bu ilin yanvarınadək Senatın xarici işlər üzrə komitəsinin başçısı olmuş Robert Menendes ilə bağlı korrupsiya ittihamları irəli sürməyə hazırlaşır.
ANS PRESS xəbər verir ki, CNN televiziya şirkətinin məlumatına görə, R.Menendes Floridada yaşayan dostlarından biri, oftalmoloq Salomon Meldjenanın vəzifəyə gətirilməsi üçün xidməti vəzifəsindən istifadə etməkdə şübhəli bilinir. Senator barəsində araşdırma təxminən iki il davam edib.
Xatırladaq ki, Robert Menendes ABŞ prezidenti Barak Obama administrasiyasının xarici siyasətini kəskin tənqid edənlədrəndir. O, xüsusilə ABŞ-ın Kubaya qarşı ticarət embarqosunun yumşalması və İran nüvə proqramı üzrə Tehranla danışıqlara qarşı çıxır. Senator Menendes həmçinin bir neçə dəfə Ukraynada vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiyaların kəskinləşməsini dəstəkləyir.
Mənbə:> ANSPRESS