Ermənistan ordusu 56 itki verdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Hərbi

Ermənistan ordusu 56 itki verdi

Ermənistan ordusu 56 itki verdi


2017-ci ilin 9 ayı – yanvar-sentyabr ərzində Ermənistan ordusu 56 itki verib.

Publika.az xəbər verir ki, bu barədə Helsinki Vətəndaş Cəmiyyətinin Ermənistan bürosunun məlumatında deyilir.

Məlumata görə, 2017-ci il ərzində erməni hərbi birləşmələrinin 46 hərbi qulluqçusu ölüb. Onlardan 29-u əsgər, 17-si isə müddətdən artıq hərbi qulluqçudur. 46 ölümün 29-u Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində baş verib.

46 ölümdən 21-i Azərbaycan ordusunun atəşkəs rejimini pozan işğalçıya cavab atəşi nəticəsində qeydə alınıb. 6 ölüm qətl (5 silahla düzgün rəftar etməmək, 1 qəsdən öldürmə), 6 ölüm bədbəxt hadisə (4 bədbəxt hadisə, 1 zəhərlənmə, 1 xidmətə laqeyd münasibət - ehtiyatsızlıq), 9 ölüm intihar, 4 ölüm xəstəliklə baş verib.

Büronun məlumatına görə, son oktyabr və noyabr aylarında qeydə alınan ölümlər əlavə edilərsə, 2017-ci ildə Ermənistan ordusunda itkiləri sayı 56-dan çox olub.

“Əsgər” koordinasiya şurasının sədri Marqarita Xaçatryan hesab edir ki, itkilərin sayı daha da çoxalacaq.

“Unutmamalıyıq ki, müharibə gedir. Lakin tək səbəb bu deyil. İntiharlar ötən illərlə müqayisədə az da olsa azalır, amma əvəzində silahla ehtiyatsız davranışa görə şikəst olmalar, həmçinin, ölümlər çoxalır”, - deyə o bildirib.

Erməni hüquq müdafiəçisi Janna Aleksanyan isə hesab edir ki, son illərdə ordudakı ölümlərin statistikası yüksələn xətt üzrə gedir: “Lakin heç bir ölçü götürülmür. Ordunun keçmiş rəhbərliyi qarşısında bu məsələləri qaldırıb müzakirə etmək mümkün idi. İndiki nazir isə heç nəyə qulaq asmır. Hazırkı rəhbərlik orduya laqeyd münasibət göstərir. Övladı ölmüş valideyn şikayət üçün Müdafiə Nazirliyinə gələndə onları qapının arxasında saxlayırlar və dinləmirlər. Belə çıxır ki, onlar əsgərləri yalnız öldürürlər, başqa heç nə etmirlər. Rəhbərlik hətta hərbi hissələrdə cinayətkar atmosferi dəyişdirməyə, cəzasızlıq mühitini aradan qaldırmağa çalışmır”.

J.Aleksanyan deyir ki, orduda sağlamlığa görə ölüm sayları da artıb.

“Xəstə gəncləri bilə-bilə əsgərliyə çağırırlar, çünki onlar məmur övladlarının yerinə hərbi xidmət keçməlidir. Siz heç bilirsinizmi ki, hakim Respublika Partiyası məmur övladlarının hərbi xidmətə getməməsi üçün qanun layihəsi hazırlayır?! Onlar özlərini sığortalamaq üçün mümkün olan hər şeyi edirlər”, - deyə hüquq müdafiəçisi vurğulayıb.

Mənbə: Publika.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *