Almaniyada son 70 ilin ən dərin hakimiyyət böhranı yaşanır
Almaniya prezidenti Frank-Valter Ştaynmayer hökumətin formalaşdırılmasına dair danışıqlardan sonra ölkənin çətin duruma düşdüyünü bəyan edib. Bu barədə RİA “Novosti" xəbər verir.
"Hökumətin yaradılmasına dair ilkin danışıqlar hələ də nəticə verməyib. Hazırda biz Almaniya tarixində 70 ilədək müddətdə müşahidə edilməyən duruma düşmüşük", - o deyib.
Bir qədər əvvəl bildirilib ki, Almaniyanın yeni hökumətinin formalaşdırılması ilə bağlı danışıqlar Azad Demokratik Partiyasının məsləhətləşmə prosesini tərk etməsindən sonra baş tutmayıb.
Mənbə:> virtualaz.org